Tokio-2020 Yay Paralimpiya Oyunlarında açılış mərasimində Azərbaycanın bayraqdarı Oloxan Musayev olacaq.
Bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Bildirilib ki, paracüdoçu Ramil Qasımovun koronavirus testi müsbət çıxıb. Onunla yaxın təmasda olan cüdo komandasının digər 11 üzvündə PCR test nümunəsi neqativ çıxsa da, onlar da yüngül karantin rejiminə yerləşdirilib.
Cüdo komandasının digər üzvlərindən gündəlik test nümunələri götürüləcək. Yüngül karantinə yerləşdirilmiş idmançılarmız məşqlərinə davam edib, yarışlarda iştirak edə biləcəklər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !