Tokio-2020: Koronavirusa yoluxan idmançı diskvalifikasiya olunmayacaq

21:00 | 25.06.2021
Tokio-2020: Koronavirusa yoluxan idmançı diskvalifikasiya olunmayacaq

Tokio-2020: Koronavirusa yoluxan idmançı diskvalifikasiya olunmayacaq

"Hər idmançı 2 gündən bir test verməlidir".

Bu fikirləri Milli Olimpiya Komitəsinin (MOK) Beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov Tokio-2020 Yay Olimpiya Oyunlarına həsr edilmiş tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hər hansı görüşən öncə test nəticəsi müsbət çıxan idmançıdan təkrar analiz götürülə bilər: "Həmin idmançıya peyvənd vurulubsa, biz analiz nəticəsi ilə bağlı protest verə bilərik. Düzdür, o, karantinə alınacaq, amma iki ekspres testdən sonra nəticə mənfi çıxarsa, görüşə çıxa bilər. İdmançıya vaksin vurulmayıbsa, o, yenə karantinə göndəriləcək və 2 PCR test verməlidir. Ümid edirik ki, nəticələr tez bəlli olacaq və idmançı mübarizəsini davam etdirə biləcək".

Anar Bağırovun sözlərinə görə, koronavirus aşkaralanan idmançı diskvalifikasiya olunmayacaq: "Məsələn, final görüşündən öncə idmançının testi müsbət çıxırsa, o, görüşə buraxılmır, amma avtomatik olaraq, gümüş medal qazanır. Bir yerdə qalan idmançıların hansısa koronavirusa yoluxsa, bütün komanda karantina alına bilər. Hamı eyni vəziyyətdədir. Özümüzü mütləq qorumalıyıq. Bu, hamı üçün riskdir. Ona görə də hər gün test verməli, qaydalara əməl etməliyik".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti