Qafqaz üzrə ekspert tərəflərin güzəştlərə hazır olmadıqlarını bildirib"Qarabağ münaqişəsinin tərəfləri sülhə və ya müharibəyə hazır deyil".ANS PRESS-in məlumatına görə, bu barədə Qafqaz üzrə ekspert Tomas de Vaal deyib. O bildirib ki, Azərbaycan münaqişənin aktiv fazaya keçməsində daha maraqlıdır.Eyni zamanda Azərbaycan müharibənin mümkün nəticələrini anladəğını söyləyən ekspert hər iki tərəfin sülhə görə ciddi güzəştlərə getməyə hazır olmadığını bildirib.Rusiyanın münaqişədəki roluna gəlincə, ekspert qeyd edib ki, Rusiyanın Qafqazla bağlı strategiyasında ciddi dəyişiklik müşahidə olunmur: "Rusiya gücünü Ukrayna problemində cəmləşdirib. Rusiyanın xarici siyasəti sırf Ukrayna məsələsinə yönəlib. Düşünürəm ki, Putin Soçidə görüş təşkil edərək sülh əldə etməyə çalışırdı. Ancaq Soçi görüşü qurtardı və Putin öz gündəliyinə geri qayıtdı".Sülhün bərqərar olunması üçün üçüncü tərəflərin münaqişəyə daha ciddi cəlb olunması lazımdırmı? sualına Tomas de Vaal belə cavab verib: "Uzun müddət təhlil etmək olar ki, tərəflər niyə razılığa gəlmir və ya niyə tərəflər razılığa gəlməlidir? Nə Azərbaycan cəmiyyəti, nə də Ermənistan cəmiyyəti ciddi, qarşılıqlı güzəştlərə hazır deyil. Böyük dövlətlərin isə başları digər problemlərə qarşıb. Məhz ona görə də münaqişədə üçüncü tərəfi yox dərəcəsindədir".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !