ANN.Az xəbər verir ki, Toni Bleyr Ukraynaya münasibətinə baxmayaraq, Şərqdə baş verən islam ekstremizi ilə mübarizədə qərb dövlətləri Rusiya ilə əməkdaşlıq etməyə məcburdur. Bu barədə "The Wall Street Journal"a açıqlama verən ingilis siyasətçisi islam ekstremizmini "uzun perspektivdə ən böyük təhlükə" adlandırıb. Onun sözlərinə görə, qərb bu təhlükənin qarşısını almaq üçün Moskva, eləcə də digər ölkələrlə - Çin və Hindistanla da əməkdaşlığa getməlidir: "Yaxın Şərq məsələlərində Rusiya hələ də öz güclü oyunçu mövqeyini qoruyub saxlayır. İndiki zamanda bizim bu problemlə baş etməyimiz üçün Rusiya öz vacibliyini qoruyub saxlayır".T.Bleyr həmçinin bu qənaətdədir ki, Suriya böhranının çözülməsində də Rusiyanın rolu danıımazdır.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !