Toni Kroos qərarını verdi

22:44 | 16.04.2014
Toni Kroos qərarını verdi

Toni Kroos qərarını verdi

"Bavariya"nın futbolçusu Toni Kroos gələcək karyerası ilə bağlı qərarını verib.Qol.Az-ın "Bild" qəzetinə istinadən yaydığı xəbərə görə, 24 yaşlı yarımmüdafiəçinin meneceri onun müqaviləsi başa çatanadək Münhen klubunda qalacağını deyib.Kroosun meneceri onu da qeyd edib ki, "Mançester Yunayted" futbolçu üçün heç bir təklif göndərməyib:"Heç bir klubla razılığa gəlməmişik. Kroos 2015-ci ilə qədər "Bavariya"da qalacaq".Qeyd edək ki, "Mançester Yunayted"in futbolçu üçün müqavilə təklif etdiyi iddia olunurdu.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM