"Toplan" Mərkəzinin 100.000 min manatlıq məhkəmə şikayəti

08:50 | 22.08.2021

"Toplan" Mərkəzinin 100.000 min manatlıq məhkəmə şikayəti

Bu gün, avqustun 22-si ictimai fəallar Elxan Mirzəyev, Nicat İsmayılov və Nicat Azayev azadlığa buraxılıb.
 


Bunu anews.az-a açıqlamasında fəallardan biri Nicat İsmayılov bildirib.

Avqustun 6-sı gecə saatlarında fəallar şəhərin "Tarqovı" adlanan ərazisində meymun istismarına, qanunsuz şəkildə bir sıra şəxs tərəfindən meymundan pul qazanmaq məqsədilə istifadə edilməsinə etiraz ediblər. Polis etirazçılara müdaxilə edib.

Avqustun 7-si fəallara xırda xuliqanlıq ( inzibati xətalar məcəlləsi, 510-cu maddə)  maddəsi ilə 15 gün müddətinə inzibati həbs verilib.
 



Fəallar ittihamı rədd edir. Onlar bunun "Toplan" sahibsiz itlərə qayğı mərkəzinin sifarişi olduğunu düşünür.

Elxan Mirzəyev və Nicat İsmayılov heyvansevər aktivistlər kimi tanınır. Aktivistlər digər heyvansevərlərlə birlikdə naməlum şəkildə küçə heyvanlarının öldürülməsinə etiraz olaraq, "Toplan" sahibsiz itlərə qayğı mərkəzi qarşısında silsilə aksiyalar keçiriblər.
 



Avqustun 19-u "Toplan" Mərkəzinin əməkdaşları heyvansevər fəallar- Elxan Mirzəyev, Nicat İsmayılov, Aynur Babazadə və İlhamə Nəsirovaya cinayət işi açılması üçün məhkəməyə müraciət edib.
 
İşçilər aktivistlərin keçirdikləri aksiyalar zamanı onlara qarşı təhqir və böhtanların ünvanladıqlarını iddia edir.
Qurumun əməkdaşları dörd fəalın birlikdə 100.000 min manat təzminat ödəmələrini və ya həbs edilmələrini tələb edir.

Proses avqustun 23-ü Xətai Rayon Məhkəməsində baş tutacaq.
Samirə Əli
 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti