Toponimlərin vikipediyada yerləşdirilməsində problemlər var - Millət vəkili

12:38 | 06.12.2023
Toponimlərin vikipediyada yerləşdirilməsində problemlər var - Millət vəkili

Toponimlərin vikipediyada yerləşdirilməsində problemlər var - Millət vəkili

Vikipediyada Azərbaycan toponimlərinin yerləşdirilməsi ilə bağlı problemlər var. Bunu deputat Elnur Allahverdiyev deyib. 
 
"Toponimlərin xarici dillərə çevrilməsi vacibdir. Bununla bağlı Avropa ölkələrinə müraciətimiz olmalıdır. Xarici mənbələr olmadan bu toponimlərin vikipediyaya yerləşdirilməsi qeyri-mümkdünr. Məsələn Macarıstandakı səfərliyimizə müraciət edə bilərik. Bu işlərdə fəal olmalıyıq. Tərcümələr olarsa biz toponimlərimizi dünyaya çatdıra bilərik", - deputat dekabrın 6-da Milli Məclisdə "Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda ictimai dinləmə çıxışında deyib. 
 
Deputat həmçinin təklif edib ki, Azərbaycan -Ermənistan münasibətləri fonunda Qərbi Azərbaycana qayıdışla bağlı ikili vətəndaşlıq məsələsi yenidən müzakirə oluna bilər. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM