Topxana meşəsinin bərpasına başlanılıb

14:12 | 06.01.2023
Topxana meşəsinin bərpasına başlanılıb

Topxana meşəsinin bərpasına başlanılıb

Topxana meşəsində palıd, vələs, dağdağan ağaclarının əkilməsi ilə meşənin bərpasına başlanılıb. Bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, İlkin olaraq həmin ərazidə palıd, vələs, dağdağan ağacları əkilib. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları meşədə təhlil aparırvə bunun nəticəsindən asılı olaraq müvafiq qurumlara təkliflər göndəriləcək.
 
"Azad olunan ərazilərdə əkilməsi üçün Türkiyədən 49 min ting gətirilib. Laçın və Şuşada da yaşıllıq zolaqlarının salınması prosesi davam etdirilir", - Hüseynov bildirib.
 
Bu il meşə-bərpa tədbirləri çərçivəsinə 3 milyon ədəd ağacın əkilməsi, həmçinin 4-5 milyon ədəd tingin yetişdirilməsi nəzərdə tutulub. Hazırda nazirliyin regional idarələrinin tabeliyində 7 meşə regional tinglik sahəsi var və 1200 hektar ərazidə əkin işləri aparılacaq
 
Lida Abbaslı
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM