Torontoda təhsil alan azərbaycanlı tələbələr Azərbaycan diasporasinin nümayəndələri ilə birgə parlament bınasının qarşısında Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbir keçiriblər. Tədbiri keçirməkdə məqsəd Azərbaycan həqiqətlərini şəhər ictimaiyyətinə çatdırmaq olub.
Azərbaycan və Türkiyə bayraqları ilə nümayişə cıxan tələbələr müxtəlif şüarlar da səsləndirib. Onların əlində olan plakatlarda Xocalıda baş verən erməni vandalizmi barədə məlumatlar öz əksini tapıb.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə şəhid qurban vermişdir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !