Torpaqlardan istifadə qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilir

16:52 | 22.09.2015
Torpaqlardan istifadə qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilir

Torpaqlardan istifadə qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilir


Azərbaycanda bəzi torpaq sahələrinin təyinatından kənar məqsədlər üçün istifadə edilməsinə görə cəzaların sərtləşdirilməsi təklif edilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 88-1-ci və 88-3-cü maddələrinə əlavə və dəyişikliklər təklif olunur.  
 
Layihəyə əsasən, 88-1-ci maddənin adı dəyişdirilərək "Torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi” variantında verilir. Möcud variantda maddənin adı belədir: "Müvəqqəti tutulan torpaqların vaxtında qaytarılmaması və ya onların müvafiq istifadə üçün yararlı hala salınmaması, icarəyə verilmiş torpaqların məqsədli təyinatını dəyişdirmədən başqa məqsədlər üçün istifadə”.
 
Layihədə təklif olunan maddənin 1-ci hissəsində deyilir ki, "Torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər isə 3000 manat miqdarında cərimə edilir". Hazırda bu cərimələrin yuxarı həddi cəmi 32 manatdır.
 
Maddənin ikinci hissəsində isə bildirilir ki, qeyd edilən əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə, fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 5000 manat miqdarında cərimə olunacaqlar. Hazırda isə bu cərimənin yuxarı həddi cəmi 35 manatdır.
 
Maddə 88-3.-ə edilən dəyişikliyə görə, torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulmasına görə 1500 manat miqdarında cərimə tətbiq ediləcək. Hazırda isə bu cərimə 60 manatdan 90 manata qədərdir.
 
Layihə Milli Məclisin sentyabrın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM