Bakının mərkəzi meydanında bazar açılıb.Milli.Az xəbər verir ki, Fəvvarələr meydanında, Rəsul Rza küçəsində Yeni il üçün satış yarmarkası təşkil olunub. Yarmarkada oyuncaqlar, yolka, Şaxta baba, Qar qız və digər Yeni il aksesuarları satılır.Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov bildirdi ki, həmin yarmarkalar Yeni il məqsədilə paytaxt sakinlərinin, eyni zamanda turistlərin rahat bazarlığını təşkil etmək üçün yaradılıb. Yarmarkanın bir hissəsi istifadəyə verilib, bir hissəsi isə yaxın günlərdə fəaliyyətə başlayacaq.Departament rəsmisinin sözlərinə görə, bir neçə gün ərzində, daha doğrusu, Yeni il ərəfəsində fəaliyyət göstərəcək yarmarkada qiymətlər münasib olacaq:“Orada satılan malların qiyməti mağazadakılardan ucuz olacaq. Məqsəd də qiymətlərin mağazadan ucuz olmasını, sakinlərin rahat şəkildə bazarlığını təmin etməkdir.Ə.Bağırov qeyd etdi ki, yarmarkalarda alışqan və partlayıcı oyuncaqlar satılmayacaq:“Buna qarşı mübarizə aparırıq. Hacıbala Abutalıbovun bununla bağlı sərəncamı var. Bakı polisi, icra hakimiyyəti və Gömrük Komitəsinin birgə işinin nəticəsidir ki, hazırda belə maddələrin satışı yox dərəcəsindədir”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !