Toshiba rəhbəri qalmaqala görə istefa verib

18:45 | 21.07.2015
Toshiba rəhbəri qalmaqala görə istefa verib

Toshiba rəhbəri qalmaqala görə istefa verib

Toshiba şirkətinin icraçı direktoru və prezidenti Hisao Tanaka vəzifəsindən istefa verib.

Buna səbəb şirkətin son 6 il ərzində gəlirləri barədə hesabatda rəqəmlərin saxtalaşdırılması olub.

Belə ki, həmin müddət ərzində Toshiba-nın illik gəlir göstəricisi olduğundan artıq göstərilib.

Maliyyə qalmaqalı ilə bağlı şirkətin vitse-prezidenti də vəzifəsindən istefa verib.

Toshiba-nın yeni rəhbəri Masashi Muromachi təyin olunub.

Toshiba korporasiyası tərəfindən təyin edilmiş müstəqil komissiya apardığı yoxlamanın nəticələrini iyulun 20-də açıqlayıb.

Komissiyanın bildirdiyinə görə, şirkət əməliyyat gəlirlərini ümumilikdə olduğundan 151.8 milyard yen ($1.22 milyard) artıq göstərib.

Nəticədə, korporasiyanın gerçək gəlir statistikası süni olaraq, olduğundan 3 dəfə artıq göstərilib.

Maliyyə naziri Taro Aso-nun fikrincə, Toshiba ilə bağlı qalmaqal Yaponiya korporasiyaların idarəçiliyinə dünyada inamı sarsıda bilər.

Nazir Toshiba şirkətində maliyyə pozuntularının "təəssüfedici" olduğunu qeyd edib.

Yaponiya höküməti son illərdə qlobal investorların ölkənin biznes sektoruna etimadını bərpa etməyə çalışır.

Bu etimadın zəifləməsi 2011-ci ildə Olympus şirkətində maliyyə fırıldaqları baş verəndən sonra zəifləmişdi.

2011-ci ildə Olympus korporasiyası $1.7 milyard məbləğində maliyyə itkilərini ört-basdır etməyə cəhd göstərmişdi.

Bu hadisə Yaponiyanın korporativ idarəçiliyində indiyədək baş vermiş ən səs-küylü qalmaqal sayılır. //bbc.com/azeri/
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM