Şirkət xərclərin azaldılmasında məqsədlidir.
Fransanın neft şirkəti Total 2017-ci ilə qədər 2 min iş yerini ixtisar etməyi, eləcə də cari ildə 5,5 milyard dollarlıq aktivlərini satmağı planlayır, şirkətin press-relizində bildirilib.
Total bu il xərcləri 4 milyard azaltmağa ümid edir və hasilat, emal, eləcə də kimyəvi məhsulların buraxılışı üzrə yeni əməkdaşların işə alınmasını dayandırmaq niyyətindədir. Şirkət xərclərin, neftin bir barelinin 70 dollar olduğu zaman gəlir əldə edə biləcəyi səviyyəyə qədər azaldılmasında məqsədlidir.
Oxu.Az bu barədə İnterfaks-a istinadən xəbər verir.
Total, bir il bundan öncə 2,23 milyard gəlirlə müqayisədə, 2014-cü ilin dördüncü rübündə 5,66 milyard dollar məbləğində zərər qeydə alıb. Keçən rübdə şirkət qaz sahəsi də daxil olmaqla 6,5 milyard aktivi dövriyyədən çıxarıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !