• $
  • €
  • ₽
  • ₺
  • £

«Total» və «Statoil» TANAP-dan imtina etdi

«Total» və «Statoil» TANAP-dan imtina etdi
24.12.2013 12:42
 Fransanın «Total» və Norveçin «Statoil» şirkətləri TANAP (Trans-Anadolu boru kəməri) layihəsində iştirakdan imtina edib.APA-nın «OilPrice» saytına istinadən verdiyi məlumata görə, buna səbəb layihənin ümumi dəyərinin bahalaşması olub.İlkin olaraq «Statoil» layihədə 12%, «Total» isə 5% həcmində iştirak payı almağı planlaşdırsa da, TANAP-ın dəyərinin yüksəlməsindən sonra, bu şirkətlər layihədə iştirak etmək marağında olmadıqlarını bildirib.Bununla da, adıçəkilən şirkətlərin almaq istədiyi səhmlərin Azərbaycan Dövlət Neft Şirkəti, BP, həmçinin Türkiyənin TPAO və «BOTAŞ» şirkətləri arasında bölünəcək. Nəticədə, Türkiyə tərəfi TANAP-dakı iştirak payını daha da artırmaq imkanı qazanıb.Qeyd edək ki, bundan əvvəl Türkiyə iştirak payını 20%-dən 30%-dək artırmaq niyyətində olduğunu açıqlayıb.Hazırda TANAP layihəsində ARDNŞ-in payı 80%, Türkiyənin payı isə 20%-dir. Lakin Azərbaycan öz payından 29%-i BP (12%), «Statoil» (12%) və «Total» (5%) şirkətlərinə təqdim etmək niyyətində olub.Xatırladaq ki, Türkiyə ərazisindən keçən TANAP-ın tikintisinə 2014-cü ildə başlanması nəzərdə tutulur. Layihənin reallaşması üzrə Azərbaycan və Türkiyə arasında müvafiq hökumətlərarası sazişlər imzalanıb ki, layihənin reallaşması üçün artıq qanunvericilik bazası formalaşıb. Tikintinin 2017-2018-ci illərdə başa çatdırılması gözlənilir, həmin vaxt kəmərin illik nəqletmə gücü 16 mlrd. kubmetr, 2023-cü ildə 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetr olacaq. İlkin mərhələdə nəqli nəzərdə tutulan 16 mlrd. kubmetr qazın 10 mlrd. kubmetri Avropaya tranzit olunacaq, 6 mlrd. kubmetri isə Türkiyəyə veriləcək.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
OPEC: Sentyabrda BTC ilə neft ixracı 1 % azalıb
İqtisadiyyat 17:20
OPEC: Sentyabrda BTC ilə neft ixracı 1 % azalıb
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
İqtisadiyyat 15:47
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Azəralüminium"un xalis mənfəəti 2 %-dən çox azalıb
İqtisadiyyat 15:25
"Azəralüminium"un xalis mənfəəti 2 %-dən çox azalıb
Azərbaycan əhalisinin gəlirləri artıb
İqtisadiyyat 11:50
Azərbaycan əhalisinin gəlirləri artıb
Azərbaycanda iqtisadi artım 2%-ə yaxınlaşıb
İqtisadiyyat 11:20
Azərbaycanda iqtisadi artım 2%-ə yaxınlaşıb
2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib
İqtisadiyyat 10:49
2026-cı ilin ikinci rübündə Azərbaycanda 570 mindən çox video silinib
ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb
İqtisadiyyat 10:08
ING Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 09:50
Qızıl və gümüş bahalaşıb
Azərbaycan neftinin qiyməti açıqlanıb
İqtisadiyyat 09:34
Azərbaycan neftinin qiyməti açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol