“Tottenhem” baş məşqçisini qovdu

17:57 | 16.12.2013
“Tottenhem” baş məşqçisini qovdu

“Tottenhem” baş məşqçisini qovdu

Londonun “Tottenhem” futbol klubu öz məşqçisi Villaş-Boaşı işdən qovub.ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu informasiya klubun saytında yayılıb. Onun işdən uzaqlaşdırılmasının əsas səbəbi kimi klubun bu mövsümdə pis çıxış etməsi göstərilir.“The Daily Telegraph” yazır ki, 36 yaşlı çalışdırıcı Villaş-Boaş klub rəhbərliyi ilə görüşdən sonra işdən ayrıldığı məlum olub. “Tottenhem” klubu dekabrın 15-də “Liverpul”la görüşdə qapısından 5 cavabsız top keçirmişdi. Noyabrın 24-də isə “Tottenhem” “Mançester Siti”dən 6 “qol hədiyyəsi” almışdı.Xatırladaq ki, Villaş-Boaş “Tottenhem”i 2012-ci ilin iyulundan çalışdırırmış. Hazırda klub ölkə çempionatında 27 xalla 7-ci yerdə qərarlaşıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM