"Qarabağ" "Tottenhem"ə məğlub olub - Yenilənib

01:30 | 27.09.2024

"Qarabağ" "Tottenhem"ə məğlub olub - Yenilənib

"Qarabağ" UEFA Avropa Liqasında İngiltərənin "Tottenhem" klubuna məğlub olub.

Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
 ***

"Tottenhem" (İngiltərə) - "Qarabağ" oyununda daha bir qol vurulub.

Matçın 69-cu dəqiqəsində meydan sahiblərinin heyətində Dominik Solanke fərqlənib - 3:0.

 ***

"Tottenhem" (İngiltərə) - "Qarabağ" oyununda ikinci qol vurulub.

Matçın 53-cü dəqiqəsində Pap Matar Sarr fərqlənib - 2:0.
 
 ***

"Tottenhem" (İngiltərə) - "Qarabağ" oyununda hesab açılıb.

Matçın 12-ci dəqiqəsində meydan sahiblərinin heyətində Brennan Conson fərqlənib.

***

"Tottenhem” (İngiltərə) – "Qarabağ" matçı start götürüb.

 
 
 ***

UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda baş tutacaq "Tottenhem” (İngiltərə) – "Qarabağ" matçı gözlənilən vaxtdan gec başlayacaq.Buna səbəb Londonda yaşanan tıxac problemidir.

Görüş saat 23:35-də start götürəcək.
 
 ***

"Qarabağ” bu gün Avropa Liqasının Liqa mərhələsində ilk oyuna çıxacaq.
 
Ağdam klubu səfərdə İngiltərənin "Tottenhem” komandası ilə üz-üzə gələcək.

Londondakı "Tottenhem” stadionunda baş tutacaq oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Qarşılaşmanı Fransadan olan hakimlər briqadası idarə edəcək.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

"Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov, Julio Romao, Patrik Andrade, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo.

"Tottenhem”: Qulelmo Vikario, Van de Ven Mikki, Brennan Conson, Dominik Solanke, Radu Drequşin, İv Bissuma, Arçi Qrey, Lukas Berqvall, Pap Matar Sarr, Ben Devis, Son Hın Min.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM