Tovuza daha 2 erməni girib

16:39 | 07.08.2014
Tovuza daha 2 erməni girib

Tovuza daha 2 erməni girib

"Tovuz rayonu istiqamətində 3 erməni Azərbaycan tərəfə keçib. Onlardan ikisi meşədədir".Bu sözləri ANS PRESS-ə açıqlamasında Tovuz rayon Mehdi Hümbətov adına Ağbulaq kənd tam orta məktəbinin direktoru Nürəddin Zeynalov deyib. O bildirib ki, saxlanılan erməni 35-40 yaşlarında kişi olub:"Saat 12 radələrində mənə xəbər elədilər ki, erməni tutmuşuq. Gəldim gördüm ki, bir kişi ağacın dibində oturub. Camaatın ələ keçirdiyi erməni mülki şəxsdir. Əsirin özünün dediyinə görə, Çinarlı kənd sakinidir".Məktəb direktoru bildirib ki, daha iki nəfər erməni sərhəddi keçib: "Kənd sakinləri onların meşə tərəfdən gəldiyini görüblər. Sonra mina parlayıb. Bilmədik öldülər, ya qaldılar. Yəqin ki, axşama kimi məlum olar".Qeyd edək ki, ermənini rayonun Ağbulaq kəndində kənd sakini Məmmədov Pərviz Paşa oğlu tutub. Tutulan erməni 1965-ci il təvəllüdlü Petrosyan Arduş Dalen oğludur. Onun Tovuz rayon polisinə təslim edildiyi bildirilir.Fakt ANS PRESS-ə Tovuz Rayon Polis bölməsindən təsdiqlənib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM