"Qarabağ münaqişəsinin müharibə yolu ilə həlli mümkün deyil" - Politoloqdan AÇIQLAMA

15:43 | 13.07.2020

"Qarabağ münaqişəsinin müharibə yolu ilə həlli mümkün deyil" - Politoloqdan AÇIQLAMA

Beynəlxalq güclərin Cənubi Qafqaza marağı böyükdür. Birinci növbədə Dağlıq Qarabağda Azərbaycanın qonşularından Rusiyanın maraqları var. Digər tərəfdən  İranın və üçüncü tərəfdən  Türkiyənin maraqları var. Nəticədə üç dövlət arasındakı maraqlar toqquşması Dağlıq Qarabağ probleminin həllini müharibə yolu ilə mümkün etmir, bu sözləri anews.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə müstəqil şərhçi Əziz Əlibəyli deyib.

"Bu günə qədər atəşkəs rejimin uzanması və torpaqların işğaldan azad olunmaması fikrinin kökündə müharibənin baş verməsi dayanır. 1994-cü ildə atəşkəs sazişi imzalandıqdan sonra təxminən qısa müddətli 3-4 dəfə toqquşmalar müşahidə olunub.O toqquşmaların xüsusi bir mərhələsi 2016-ci ilin aprel döyüşləri zamanı baş verib. Amma bu toqquşmaların heç biri geniş hərbi əməliyyatlarla başa çatmayıb”.
 
Əziz Əlibəyli bildirir ki, müharibənin başlamamasının bir neçə səbəbləri var.

"Birinci səbəb şübhəsiz ki, regional amilərlə bağlıdır. Bölgədə baş verən müharibəni təkcə 2 ölkə Azərbaycan – Ermənistan aparmır. İkincisi hər iki ölkə regional ölkədir. Cənubi Qafqazı təşkil edir. Hansısa qlobal gücə malik deyil. Bu da bir məsələni ortaya çıxarır ki, böyük qlobal güclər dünyada baş verən bütün müharibələrə nəzarət edirlər. Üçüncü yanaşma isə bundan ibarətdir ki, beynəlxalq hüququn əsaslandırılmış olub olmamasından asılı deyil. Nəticəyə yönlənən hərbi əməliyyatların həyata keçirilməsi üçün mütləq beynəlxalq və hüquqi şərait yetişməlidir”.
 
Müstəqil şərhçinin sözlərinə görə, Azərbaycan 30 ildə hərbi şəraitini tam formalaşdıra bilib.

"Amma bütün bunlar Azərbaycanın müharibə etməsi anlamına gətirib çıxara bilməz. Çünki səbəblər təkcə daxili faktorlardan, nə də iki ölkə arasındakı yanaşmadan ibarət deyil.  Burada Avropa Birliyi və Amerikanın maraqları var. Nəticədə bütün bu maraqlar Cənubi Qafqazda hegimoniyanı ələ keçirtmək, özünün burdakı varlığını isbat etmək, bütövlükdə Cənubi Qafqaza nəzarət üçün Qarabağ kartının üzərində cəmləşməkdən ibarətdir".

Ekspertin fikrincə,  Dağlıq Qarabağda indi baş verən  hadisələr əslində BMT prinsiplərinin pozulmasıdır.

" Dağlıq Qarabağda müharibəyə başlaması Azərbaycanın hüquqi baxımından haqqıdır. Çünki Azərbaycan bunu əsaslandıra bilər. Beynəlxalq hüquqla tanınmış əraziləri işğal altındadır və ərazi bütövlüyü pozulub. BMT-nin prinsiplərindən biri dövlətlərin ərazi bütövlüyü pozulması prinsipidir. Azərbaycan öz ərazisində suverenliyini bərpa etmək üçün antiterrror əməliyyatlar həyata keçirə bilər”.
 
Amma bunu hərbi əməliyyatlar halına gətirə bilərmi? – sualına cavab olaraq şərhçi bildirdi ki, "Ermənistanın burdakı əsas müttəfiqi Rusiyadır və digər müttəfiqi qeyri rəsmi şəkildə İrandır. Dağlıq Qarabağda baş vermiş hər hansı bir müharibə bu ölkələrin savaşa cəlb olunması deməkdir. Müharibə olaraqsa biz iki cəbhədə savaşmalı olacağıq. Biri cəbhə xətti, işğal olunmuş torpaqlardan ibarətdir. Digər isə Sərhəd xəttidir. Ermənistan tərəfinin cəbhə xətinin kənara qoyub sərhəd xəttində Azərbaycan tərəfini təxribata cəlb etməsinin əsas səbəbi ondan ibarətdir ki, kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının üzvü olan Ermənistan digər üzvləri məsələn, Qazaxıstanı, Belarus, Moldova, Rusiyanı bu münaqişə tərəfi olaraq müharibəyə cəlb etmək istəyir. Azərbaycan və Ermənistan arasında müharibə başlayanda avtomatik şəkildə bu üzvlər Azərbaycanın əleyhinə Ermənistan tərəfdən müharibəyə qoşulmalıdır. Bir Qarabağ kartının bu qədər tərəfləri var”.

Əziz Əlibəyli son olaraq onu qeyd etdi ki, əgər müharibə olarsa Dağlıq Qarabağdakı rayonların işğaldan azad edilmə prosesi çox rahatlıqla baş verə bilər.

"Dağlıq Qarabağ ərazisində hərbi əməliyyatlar keçdiyi andan etibarən orda yaşayan ermənilər və onların müttəfiqi olan Rusiya bütövlükdə həmin bölgəyə sülhməramlı adı ilə Rus qoşunlarının yeridilməsini həyata keçirməyi planlaşdırır. Bu da Dağlıq Qarabağın Azərbaycan üçün itirilməsi deməkdir. Bu həm də o anlama gəlir ki, Azərbaycan bu əməliyyatları həyata keçirsə Dağlıq Qarabağı həqiqətən birdəfəlik itirə bilər. Bunu Rusiya Azərbaycana dəfələrlə xatırladıb. Buna görə Azərbaycan hərbi əməliyyatları genişləndirə bilmir. Dağlıq Qarabağa aid olmayan rayonları qaytarmaq Azərbaycanın əlində çox rahatdır. Təəssüf ki, biz burda dayanmağa məcbur olacağıq”.  
 
"Atəşkəsin məhz Tovuz istiqamətində pozulması onu göstərir ki, hücuma ilk olaraq düşmən tərəfi başlayıb. Tovuz istiqamətində Ermənistana hücum etmək, Azərbaycana heç nə vermir. Azərbaycan tərəfi hücum etmək istəsəydi, bunu Qarabağ və digər işğal altında olan istiqamətlərdə edərdi". 
Bu sözləri politoloq Zaur Məmmədov Tovuz istiqamətində baş verən erməni təxribatını şərh edərkən deyib.

"Hər bir Azərbaycan vətəndaşı yaşadığı yerdən asılı olmayaraq torpaqların qaytarılması istəyir. Aprel döyüşlərində də, 2 gündür Tovuzda baş verənlərdə də gördük ki, Azərbaycanlılar necə cəbhə xəttinə yollanmaq istəyir, necə vuruşmaq istəyir. Bu isə ölkədə yüksək vətəndaşlıq ruhu ilə bağlıdır. Erməni xalqı bunu görməlidir ki, azərbaycanlılar döyüşkəndir və onlar döyüşmək üçün cəbhəyə getməyə belə hazırdılar”.
 
Politoloq bildirir ki, Ermənistan hərbi rəhbərliyi bilərəkdən provokasiya edir və bu məqsədyönlü xarakter daşıyır.

"Hər kəsə bəllidir ki, Tovuz istiqamətində Azərbaycan hərbi maşınının ermənilərə hücumu perspektivsizdir. Bunun bir neçə amili var. Birinci Tovuz rayonu Ermənistan-Azərbaycan sərhədində yerləşir. Azərbaycanın isə əsas məqsədi işğal altında olmuş torpaqları geri qaytarmaqdır. İkincisi, Ermənistan kollektiv təhlükəsizlik müqaviləsinin üzvüdür ki,  bununla da Tovuz-Qazax istiqamətində provokasiya yaratmaqlabu qurumun üzvü olan ökələri Azərbaycana qarşı vuruşdurmaqdır. O ki, qaldı müharibə məsələsinə savaş bu məsələnin həllində sonuncu yoldur. Bu gün dünyanın heç bir ölkəsi hakim
3-4 ölkəni çıxmaq şərti ilə istədiyi zaman müharibə başlada bilməz”.
 
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb