"Düşmən bizə Lələtəpənin dərsini vermək istədi, əvəzində iki gündür əsgərlərinin leşini çıxarda bilmir"...

09:19 | 14.07.2020
Azərbaycan-Ermənistan arasında təmas xəttinin Tovuz rayonu ərazisinə düşən hissəsində vəziyyət gərginləşib. Hazırda Ermənistan silahlı qüvvələri Qaraqaya yüksəkliyində olan Azərbaycann mövqelərini intensiv atəşə tutur, bu barətə İTV-nin hazırda hadisə yerində olan müxbiri Heydər Mirzə öz Facebook hesabında yazıb. 
 
Məlumatı hazırda Tovuz rayon kənd sakini Elbrus Abdullayev də Anews.az-a təsdiqləyib. 
 
Heydər Mirzə  həmçinin Azərbaycanın  mövqelərini itirilməsi  məsələsinə də aydınlıq gətirərək bildirib ki,  bu məlumatlar tam yalandır. 
 
"Tovuzda döyüşlər mövqe xarakteri daşıyır. Nə düşmən, nə də ki biz heç bir ərazini nə ələ keçirməmişik, nə itirməmişik, nə də ki qaytarmamışıq. Düşmən yazır, sübutu yoxdur.   Sözü gedən postlarımızı ələ keçirmək əslində demək olar ki mümkün deyil. Ora Lələtəpə deyil. Qat-qat ondan mürəkkəb, üç tərəfi demək olar ki 90 dərəcə sıldırım olan, məzəli formalı bir yerdir. Böyür-başdakı digər postları, köməkçi mövqələri demirəm hələ",  - jurnalist qeyd edib.
 
O həmçinin döyüşlərin ilk günündə 30 - 40 nəfər erməni XTQ-sinə oranı almaq əmrini verən  erməni komandirini qınayıb. "O adam  hücum əmrini verməklə öz tabeçiliyində olan və hal-hazırda o çökəklikdə üç gündür leş qalan əsgərlərinə qarşı cinayət törədib, güclü artilleriya atəşinə arxayın olub (şəhidlərimiz də onda "gəldi", məhz o ilk artilleriya zərbəsində). Lakin mövqeyi ələ keçirə bilməyiblər. Bizim qonşu postlarımız və artilleriyamız tez reaksiya verib, həm də mövqe dərhal gücləndirilib. Şəhidlərin biri həyacan xəbərini çatdıra bilib. Düşmənin geri çəkilmək cəhdləri isə lap pis bitib onun üçün...",  - yazır Heydər Mirzə. 
 
Onun sözlərinə görə,  Qaraqaya yüksəkliyində barəsində söhbət gedən mövqe alınsaydı, bu gün o dağın ətəyində Azərbaycanın TV kanallarının yarısı çəkiliş edə  və ya  "Ağdam" yol işarəsindən o yana keçə bilməzdi.

"Mövqe bizdədir və düşündüyüm budur ki, düşmən tərəfi bizə Lələtəpənin dərsini vermək istəyib... Bunun anonsunu çoxdan verirdilər əslində. Alınmayıb. İndi də iki gündür çalışırdılar leşləri çıxartsınlar (aşağıda 10 nəfərdən 19 nəfərə kimi leş var). Bizimkilər də qoymur. Onun qırğınıdır". 











 


www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM