Tovuzda qaçırılan 13 yaşlı qız ailəsinə təhvil verilib

18:17 | 23.05.2023
Tovuzda qaçırılan 13 yaşlı qız ailəsinə təhvil verilib

Tovuzda qaçırılan 13 yaşlı qız ailəsinə təhvil verilib

Tovuzda ailə qurmaq məqsədilə Xaçmaza qaçan 13 yaşlı qız ailəsinə təhvil verilib.

2010-cu il təvəllüdlü Ə.Tağıyeva polis əməkdaşları tərəfindən Xaçmazda valideynlərinə təqdim olunub.

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan  bildirilib ki, ailə üzvləri azyaşlını evlərinə aparmaq üçün Xaçmaza gəlib.
Onun cinayət işi üzrə ifadəsi alınıb və müvafiq ekspertizalar təyin olunub.

Mayın 20-də Tovuzda 13 yaşlı qızın itkin düşməsi barədə məlumat yayılıb. 2010-cu il təvəllüdlü Ə.Tağıyevanın yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşdüyü açıqlanıb. Sonradan onun ailə qurmaq məqsədilə öz istəyi ilə Xaçmaz rayonuna getdiyi bildirilib. Polisin keçirdiyi axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib. Onun qaçdığı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Ə. Tağıyevanın Xaçmaz rayonuna ailə qurmaq məqsədilə ilə qaçması ilə əlaqədar S. Kavazov barəsində cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.

Saxlanılan şəxsin 44 yaşı var. Onun ilk nikahından övladlarının olduğu bildirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM