• $ 1.7
  • € 1.9814
  • ₽ 0.022222
  • ₺ 0.0399
  • £ 2.2681

Tovuzda qədim yaşayış tikililəri aşkarlanıb

Tovuzda qədim yaşayış tikililəri aşkarlanıb
09.07.2018 13:14
Tovuz bölgəsinin Neolit dövrü abidələrində aparılan kompleks arxeoloji tədqiqatlar zamanı qədim yaşayış yerinin iriölçülü bina tikililəri və çoxlu sayda arxeoloji materiallar aşkarlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, bundan əlavə, Yaponiyanın Tokio Universitetinin və Fransanın Milli Elmi Araşdırmalar Mərkəzinin (CNRS) mütəxəssislərinin birbaşa iştirakı ilə bölgənin Neolit əhalisinin qida rasionunun təyini məqsədilə araşdırmalar aparılıb. Belə ki, Göytəpə arxeoloji kompleksində aşkar edilmiş keramika məmulatları üzərindəki süd məhsulları izlərinin müəyyənləşdirilməsi üçün ilkin olaraq çöl şəraitində lipid analizləri həyata keçirilib.

Ekspedisiya Göytəpə qədim yaşayış yerindən 4 km aralıda yerləşən Menteştəpə qədim yaşayış yerinin Neolit dövrünə aid qəbirlərindən və Tunc dövrünə aid Topdağdağan nekropolunun insan sümüklərindən götürülmüş nümunələrin izotop analizlərinin aparılmasına nail olub. Həmçinin ekspedisiyanın fəaliyyəti dövründə Hacettepe Universitetinin Antropologiya fakültəsinin professoru, doktor Yılmaz Selim Erdal ölkəmizə ezam olunaraq Göytəpədə aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olub. Görüş müddətində Azərbaycan ərazisində aşkar edilmiş Neolit insanlarının skeletlərindən DNT analizi üçün nümunələrin gələcək illərdə Türkiyənin və İsveçin son texnologiyalarla təchiz olunmuş xüsusi laboratoriyalarında arxeo-genetik araşdırılmasının təşkili ilə bağlı müştərək proqramın konturları müəyyən edilib.

İnstitutdan bildirilib ki, Göytəpənin Neolit sakinlərinin qəbirlərinin aşkar edilməsi məqsədilə 2019-cu il qazıntı mövsümündə təpənin üzərində geofiziki çəkilişlərin aparılması qərara alınıb.

İyulda Göytəpə qədim yaşayış yerindən şərqə tərəf 1 km aralıda olan Kiçiktəpə Neolit dövrü abidəsində tədqiqat işlərinin davam etdirilməsi də Tovuz arxeoloji ekspedisiyasının fəaliyyət planına daxildir. Ekspedisiya tərəfindən aşkar edilmiş Kiçiktəpə qədim yaşayış yerinin tədqiqatlarına CNRS mütəxəssisi, doktor Culio Palumbi başda olmaqla fransalı arxeoloqlardan ibarət heyət cəlb edilib. Tovuz bölgəsində kompleks elmi tədqiqat işlərinin aparılmasında ekspedisiya tərəfindən multidistsiplinar (arxeometrik) araşdırmalara üstünlük verilməsi Azərbaycandakı qədim arxeoloji mədəniyyətlərinin formalaşması problemlərinin təhlilini gündəmə gətirmiş olur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
On bir ayda qeyri neft ixracının həcmi artıb
İqtisadiyyat 15:51
On bir ayda qeyri neft ixracının həcmi artıb
Birbank Star – xərcləməyi rahatlaşdıran kredit kartı
İqtisadiyyat 14:47
Birbank Star – xərcləməyi rahatlaşdıran kredit kartı
Yelo Invest-də komissiyasız alış günləri yenidən başladı!
İqtisadiyyat 13:44
Yelo Invest-də komissiyasız alış günləri yenidən başladı!
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir
İqtisadiyyat 13:21
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir


Azərbaycan Gürcüstana investisiya qoyuluşunu 2 dəfəyə yaxın artırıb
İqtisadiyyat 11:42
Azərbaycan Gürcüstana investisiya qoyuluşunu 2 dəfəyə yaxın artırıb
SOCAR-ın mənfəəti artıb
İqtisadiyyat 11:01
SOCAR-ın mənfəəti artıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:15
Qızıl bahalaşıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:53
Azərbaycan nefti ucuzlaşıb
Avro və rubl ucuzlaşıb - Günün məzənnəsi
İqtisadiyyat 09:17
Avro və rubl ucuzlaşıb - Günün məzənnəsi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol