Toy edənlərə xəbərdarlıq

09:30 | 20.07.2015
Toy edənlərə xəbərdarlıq

Toy edənlərə xəbərdarlıq

"Bilinməlidir ki, xöşbəxtlik israfda yox, sadəlikdədir."

Türkiyənin rəsmi din qurumu "Diyanət” övladına toy eləməyə hazırlaşan ata-analara xəbərdarlıq edib. ANS PRESS-in məlumatına görə, "Diyanət” nişan, toy, cehiz xərcləmələri vaxtı israfdan və mübaliğə etməkdən uzaq olmağı məsləhət görüb. İslam dininin ailələr üçün sıxıntı yaradacaq xərcləmələri qadağan etdiyini deyən qurum bildirib ki, lazım olandan çox pul xərcləmək xöşbətliyə də ziyan verir. 

"Lazım olandan çox pul xərcləmək xöşbəxtliyə zərər verir. Evlilik prosesində, "mənim qızımın nəyi əskikdir?” deyən valideynlər övladlarına yaxşılıq eləmirlər. Kredit aldıraraq kürəkənləri faizə məcbur eləmək qurulacaq yuva üçün heç də yaxşı başlanğıc deyil. 

Dinimiz İslam həyatın hər sahəsində olduğu kimi yeni qurulacaq ailə yuvası üçün də lazımsız yerə pul xərcləməyi israf sayır və yasaqlayır. Lazım olandan çox pul xərcləmək hələ başlanğıcda ailədə maddi sıxıntı yaradar. Sevimli peyğəmbərimiz (s) də, toyların şənlik havasında və sevinclə keçirilməsini, nikah və toy zamanı israfdan və göstərişdən uzaq olmağı məsləhət görür. 

Bu gün tez-tez, "Toy üçün kredit ala bilərəm?” sualı ilə bizə müraciət edirlər. Kürəkəni faizə məcbur eləmək, yuva üçün yaxşı başlanğıc deyil. Bilinməlidir ki, xöşbəxtlik israfda yox, sadəlikdədir.” – deyə qurumun açıqlamasında qeyd olunub. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM