Toyda atışma: 21 nəfər öldürüldü

18:34 | 27.07.2015
Toyda atışma: 21 nəfər öldürüldü

Toyda atışma: 21 nəfər öldürüldü

İki qrup arasında uzun illər idi ki, qan davası gedirdi.

Oxu.Az xəbər verir ki, şimali əfqan əyaləti Baqlanda toyda iki qrup arasında baş verən atışma zamanı 21 nəfər həlak olub. 

Baqlan polis idarəsinin nümayəndəsi Cavid Başarat dünən gecə saatlarında Andarab rayonunda toyda iki qrup arasında baş verən atışma barədə bəyanat verib.

Başarat atışma nəticəsində qonaqlardan 14 yaşından 60 yaşına qədər 21 nəfərin həlak olduğunu və daha 10 nəfərin xəsarət aldığını bildirib.

Andarab polis rəisi Gülüstan Kasani eləcə də qeyd edib ki, iki qrup arasında uzun müddətdir ki, qan davası gedirdi.  

"Toyda yerli məmurun qohumu qətlə yetirildikdən sonra atışma baş verib. Atışma zamanı oğluna toy edən mollanın evində təxminnə 400 qonaq olub. Həlak olanların kimliyini müəyyənləşdirmək üzrə iş davam edir. Hadisə yerində silah tapılmayıb”, - Kasani bildirib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM