Toyda pərişanlıq: bəy qaçdı, gəlin ağlayıb üzr istədi - FOTOLAR

18:59 | 27.07.2018
Toyda pərişanlıq: bəy qaçdı, gəlin ağlayıb üzr istədi  - FOTOLAR

Toyda pərişanlıq: bəy qaçdı, gəlin ağlayıb üzr istədi - FOTOLAR

Bağışlayın, sizi narahat etdim. Pərişanam. Lakin heç nəyə fikir verməyin, yeyin, için, gülün, danışın, əylənin! Bu, toydur!
24 yaşlı gəlin mikrafonla bu sözləri göz yaşları içində deyib. Sonra isə o hıçqırıb və səhnəni tərk edib.
Milli.Az Bangkok Post-a istinadən bildirir ki, insident Taylandın paytaxtı Banqkok şəhərində yaşanıb.
24 yaşlı Manou Cutathip Nimnual sevgilisi, 20 yaşlı Fakin Yuncermlə ailə qurmağa hazırlaşırdı. Onlar nişanlanandan sonra toy günün də təyin etmişdilər.
Zəngin valideynlərin yeganə qızı olan Manou ata-anasının "İşsiz, yoxsul, 20 yaşlı gənclə ailə qurmaq riskdir" demələrinə, etirazlarına rəğmən inadından dönməyib.
Toyun bütün xərclərini Manou öz üzərinə götürmüşdü. O, şəhərin məşhur əyləncə mərkəzlərindən birini kirayələmiş, toyuna 1200 qonaq çağırmışdı.

Toya hazırlıqlara yüz minlərlə dollar sərf olunmuşdu.
Toy günü yetişib, təzə bəy Fakin Yuncerm gecikib. Manou gəlinlik geyinib gözləyib, amma bəy gəlib çıxmayıb. Sonda o, SMS yollayaraq "Bağışla, evlənmək fikrindən vaz keçdim" yazıb.
Manou da toyda tək idi, bəy yoxdu.
O, baş tutmayan toyunun qısa videosunu Facebook profilində paylaşıb.


















www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM