Toylar başladı və Bakının bu küçəsi iflic oldu - FOTOLAR

23:16 | 26.12.2014
Toylar başladı və Bakının bu küçəsi iflic oldu - FOTOLAR

Toylar başladı və Bakının bu küçəsi iflic oldu - FOTOLAR

Bakıda Məhərrəm ayından sonra toy mövsümünün başlaması ilə bir sıra küçələrdə hərəkətin iflic vəziyyətinə düşməsi bir olub.

Trend-in məlumatın görə, hazırda Nizami rayonu, Bəkir Çobanzadə və Rüstəm Əliyev küçələrində nəqliyyatın hərəkəti iflic vəziyyətindədir.

Buna səbəb B.Çobanzadə və ətraf küçələrdə yerləşən şadlıq saraylarına gediş-gəlişin çoxluğu, həmçinin şadlıq saraylarının sayına nisbətdə yolun tutumunun az olmasıdır.

Tıxacların yaranmasının əsas səbəblərindən biri də şadlıq saraylarının qarşısında avtomobillərin qeyri-qanuni parklanmasıdır.

Bir çox şadlıq saraylarının həyətlərində avtomobillərin parklanması üçün ərazinin kiçik olması və ya demək olar ki, olmaması səbəbindən nəqliyyat vasitələrinin az qala yolun hərəkət hissəsində saxlanması da Bakını "tıxac xəstəliyi"nə yoluxduran səbəblərdəndir.

 
ANN.Az
 
 


 
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb