Toylara icazə verilə bilər - AÇIQLAMA

21:01 | 07.08.2020
Toylara icazə verilə bilər - AÇIQLAMA

Toylara icazə verilə bilər - AÇIQLAMA

"Hazırkı dövrü nəzərə alaraq, toyların keçirilməsi formasında müəyyən dəyişikliklər edərək, insanların toy etməsinə icazə vermək olar”,  bunu millət vəkili Fazil Mustafa deyib. 

"Düşünürəm ki, yoluxma sayı daha da azalarsa, sosial məsafəyə əməl etməklə və təxminən 50 nəfər insanın iştirakı ilə toyların keçirilməsinə icazə vermək olar. Çünki toylara qoyulan qadağanın uzanması, bir çox problemlər ortaya çıxarır. Amma burada insanlar gərək qaydalara əməl etsinlər. Belə ki, 50 nəfər deyib, 200 nəfər çağıracaqlarsa, bunun fəsadları çox ağır olacaq. Bu baxımdan düşünürəm ki, toyla bağlı qərarda daha diqqətli olub, mövcud durumu düzgün analiz etmək lazımdır. Əgər şərait imkan versə, qeyd etdiyim qayda ilə icazə vermək olar”.
 
(redaktor)
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb