Toyların keçirilməsinin təxirə salınması barədə yayılan məlumatlar əsassızdır

Noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar paytaxtdakı şadlıq saraylarında toyların keçirilməsinin təxirə salınması barədə yayılan məlumatlar əsassızdır.Bu barədə "Report"a COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Son günlər ərzində bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransı ilə bağlı Bakı şəhərində yerləşən şadlıq saraylarının fəaliyyətinin dayandırılması, habelə müvafiq dövr ərzində paytaxt Bakıda toyların keçirilməsinin təxirə salınması ilə bağlı media məkanında müxtəlif təfsirli məqalələr dərc edilməkdədir.
www.anews.az