"Son vaxtlar koronavirusa yoluxan hər 10 nəfərdən 5-i toy və digər kütləvi tədbirlərdə yoluxur".
Anews.az xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında həkim Aqil Axundov deyib.
O bildirib ki, toyların keçirilməsinə icazə verilməsi yoluxma sayına öz təsirini göstərməyə başlayıb:
"Biz öz ölkəmizdə COVİD-19 problemini həll edə bilirik. Bunu zaman göstərdi. Yoluxanların sayında çox cüzi artım var. Bizə müraciət edən virusa yoluxmuş hər 10 nəfərdən 5-i toy və digər kütləvi tədbirlərdə olub-olmaması barədə sualımıza bəli deyir.
Lakin buna baxmayaraq yoluxma oktyabr-dekabr aylarındakı kimi vüsət almayıb. Toylarda ara məsafə saxlanılacağı, gigiyenaya riayət ediləcəyi təqdirdə maskasız ötüşmək olacaq".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !