Toy etmək istəyənlərin səbirsizliklə gözlədikləri 1 iyul tarixinə artıq bir neçə gün qalıb. Amma restoranlar hazırlıqlara bir neçə gün əvvəlcədən başlayıblar. Şənliklərin keçirilməsinə icazə verilməsi ilə bağlı yaradılan portal isə bu gündən istifadəyə verilib. Proses necə aparılacaq və orda nələr qeyd edilməlidir?
Məkanlarında şənlik mərasimi keçirmək istəyən sahibkarlar ilkin olaraq həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət barədə məlumatı portala daxil etməlidir.
Uzun zamandır bu günü gözləyən məkan sahibləri necə, portaldan qeydiyyatdan keçiblərmi?
Xatırladaq ki, bütün düzəlişlər portala şənliklərin başlamasına 5 gün qalanadək daxil edilməlidir, çünki sonradan portalda hansısa düzəliş etmək mümkün olmayacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !