Toyota Azərbaycan bazarına yeni RAV4 çıxarır

12:20 | 14.01.2019
Toyota Azərbaycan bazarına yeni RAV4 çıxarır

Toyota Azərbaycan bazarına yeni RAV4 çıxarır


 
Toyota şirkəti bu gündən  Azərbaycan bazarına  yeni  Toyota RAV4  çıxarmaq niyyətindədir,  bu barədə Anews.az-a şirkətin Azərbaycan nümayəndəliyindən  bildiriblər. 

 
Texnoloji inkişaf baxımından daha sürətli və innovativ yeniliklər edən yaponlar avtomobil sahəsində də dünyaya məşhur brendlər təqdim etməkdədirlər. 
 
Əvvəlki RAV4 modeli yığılmış və sadə dizayna malik idi. Bu modelə baxdıqda insan maşında heç bir artıq və qabarıq şey görmürdü. Bundan fərqli olaraq yeni model RAV4 isə xarici görünüş baxımından daha parlaq, güclü görünür və həmçinin monolitdir. Bundan başqa avtomobilə günümüzün bütün texnoloji imkanları tətbiq olunub.  
 
Yeniliklərlə dolu olan RAV4-ün yeni 2019-ci il modeli Toyota Safety Sense   təhlükəsizliyi səviyyəsi ilə təmin olunub. Bu sistem avtomatik əyləc  sistemi ilə əlaqələndirilib. Bu da avtomobil qəzasının, piyada vurma və digər halların riskini azaldıb. Sistem qoşa xətt üzərinə çıxdıqda xəbərdarlıq etmə funskiyasına da sahibdir.  
 
Bundan başqa avtomobil toqquşmanın qarşısını alan funksiya (PCS), avtomatik Kruiz Kontrol (ACC),  hərəkət zolağını dəyişmə ilə bağlı xəbərdarlıq siqnalı (LDA), yellənmə xəbərdarlıq sistemi (SWS),  uzaq görmə işıqlarının avtomatik işə salınması sistemi (AHB),  hərəkət zolağında qalma nəzarət sistemi (lka) funksiyaları ilə də təchiz edilib.
 
Avtomobilin uzaq və yaxın işıq sitemi ilə təchiz olunması eləcə də yuxarıda sadalanan funksiyalar yeni modelin qəza etmə riskini sıfıra endirir.
 
Bundan başqa nümayəndəlikdən bildirdilər ki,   Rav4 Hibrid təqdim olunacaq. 4 cü nəsil 2.5 Hybrid Dynamic Force mühərriki ilə təchiz olunub. Avtomobil 7inch TFT display və 8 inch Toyota Touch 2 displayi ilə təchiz olunub.
 
M.Q.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb