Toz dumanının səhhətə zərəri varmı?

18:00 | 24.08.2017
Toz dumanının səhhətə zərəri varmı?

Toz dumanının səhhətə zərəri varmı?

Dünəndən başlayaraq  Bakı və Abşeron  yarımadasında Türkmənistan ərazisindən daxil olan toz dumanı müşahidə olunmaqdadır. Bir çoxları bu cür hava şəraitində nəfəs yolu xəstəliklərindən əziyyət çəkən insanların açıq havada qalmamasını məsləhət görür.

Bəs müşahidə olunan toz dumanı daha ciddi fəsadlara yol aça bilərmi?

anews.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov Modern.az-a açıqlamasında heç də ciddi fəsadların olmayacağını bildirib.

"Havada toz kütləsinin çoxalması nəfəs yollarına mənfi təsir göstərir. Digər tərəfdən də evlərimiz, ofislərimiz toz olur. Amma bu toz dumanının ciddi fəsadları yoxdur. Ona görə də təhlükəli, sensasiyalı nəsə gözləmək lazım deyil”.

Direktor müavininin sözlərinə görə, Qaraqum səhrasında əmələ gələn bu cür hava kütləsi bütün mərkəzi Asiyanı əhatə edir: "Biz buna Orta Asiya hava kütləsi deyirik. Orta Asiya hava kütləsi yay aylarında Azərbaycana daxil olanda səhra üzərində formalaşdığına görə səhrada olan toz hava kütləsi ilə daxil olur. Hətta Xəzər dənizi hava kütləsindəki tozu bir qədər azaldır. Bununla belə, böyük miqdarda toz Azərbaycana daxil olur. Bu cür hava kütləsi maksimum 3 gün davam edir”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM