TQDK-dan imtahana hazırlaşanlara müraciət

11:03 | 15.04.2015
TQDK-dan imtahana hazırlaşanlara müraciət

TQDK-dan imtahana hazırlaşanlara müraciət

Rezidenturanı bitirdikdən sonra göndəriş ilə dövlət səhiyyə müəssisələrində fəaliyyəti davam etdirmək olar

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rezidenturaya qəbul olmaq istəyən namizədlərə müraciət edib. 

TQDK-dan verilən məlumata görə, Dövlət sifarişi əsasında rezidenturada təhsil almış şəxslər rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətini 3 il müddətində Səhiyyə Nazirliyinin göndərişi ilə dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər.

Bu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən həyata keçeirilir. 

Qeyd edək ki, ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə qəbul imtahanının 1-ci mərhələsi martın 15-də baş tutub. İkinci mərhələ isə iyulun 7-də keçiriləcək.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti