TQDK-dan müraciət

11:30 | 22.05.2015
TQDK-dan müraciət

TQDK-dan müraciət

"İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərsiniz. 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 6 iyun tarixində keçiriləcək buraxılış imtahanında iştirak edəcək Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Mingəçevir, Sumqayıt və Abşeron şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin şagirdlərinə (IX və XI siniflər) müraciət edib. 

Buraxılış vərəqəsini çap etmək üçün https://eservices.tqdk.gov.az/brxvbi/?frm=egov linkindən istifadə etmək lazımdır. Bu linkdən istifadə etməklə şagirdlər özlərinin imtahana buraxılış vərəqilərini, təhsil müəssisələri isə həmin təhsil müəssisəsində təhsil alan bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. 

Şagirdlər öz kodlarını bilmirsə, məktəbdən də əldə edə bilərlər.//Anspress

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM