Ümumi ( 9-illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar bu gündən etibarən tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.
Bu barədə "Report"a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.
Abituriyent tələb olunan sənədlər barədə məlumatı daxil olduqları kollecdən əldə edə bilərlər. "Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək", - TQDK-nın məlumatında bildirilib.
Qeyd edək ki, qeydiyyat iyulun 31-nə kimi davam edəcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !