TQDK sədri: "Bu çox təhlükəli haldır"

18:53 | 19.02.2014
TQDK sədri: "Bu çox təhlükəli haldır"

TQDK sədri: "Bu çox təhlükəli haldır"

“65% heç bir peşə təhsili olmayan gənc əmək bazarına gedib”. ANS PRESS-in məlumatına görə bunu TQDK sədri Məleykə Abbaszadə bu Bakı şəhəri üzrə keçirlən qəbul imtahanlarının zona müşavirəsi zamanı deyib. O bildirib ki, heç bir təhsili olmayan gənclər əmək bazarına daxil olur ki, bu da çox təhlükəli bir haldır.M.Abbasazdə oğlanların təhsil almağa meylinin az olduğu bölgələri də açıqlayıb. Onun sözlərinə görə Zaqatala və Balakən rayonlarında oğlanların təhsil amağa meyli çox aşağıdır. TQDK sədri bölgələr üzrə qəbul imtahanlarında iştirak edənlərin sayının 55-50 faiz arasında dəyişdiyi söyləyib.O, həmçinin idmançıların da aşağı balla universitetlərə daxil olduğunu vurğulayıb: “İdmançılar da kifayət qədər təfəkkürlü bir insan olsun ki, idmanda olan müvəfəqqiyyətlərini artıra bilsinlər. İdmançılar çox az balla universitetə qəbul olurlar”.M. Abbaszadə dövlət sifarişli yerlərdə təhsil almaq iştəyənlər üçün müvafiq qrupu da açıqlayıb. Onun sözlərinə görə, üçüncü istisas qrupunda dövlət sifarişli yerlərə qəbul olmaq üçün beş yüz bal toplamaq lazımdır. "Valideyinlər bunu nəzərə almalıdırlar. Birinci qrup dövlət sifarişli yerlərə qəbul olmaq üçün münasibdir".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM