TQDK: Son doqquz ildə məzunların sayı azalıb

21:00 | 23.01.2014
TQDK: Son doqquz ildə məzunların sayı azalıb

TQDK: Son doqquz ildə məzunların sayı azalıb

 Azərbaycanda 2013-cü ildə ümumi təhsil müəssisələrinin 88 697 məzunu olub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, son doqquz ildə məzunların sayı 34 411 nəfər azalıb ki, bu meyl də artıq bir neçə ildir ki, müşahidə olunur. Beləliklə, son doqquz ildə məzunların sayı 27.95% azalıb. Bu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. 2013-cü ildə sənəd verənlərin 60.66 faizini builki məzunlar təşkil edib. Müqayisə üçün bildirilib ki, 2010-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının nisbi payı 55.63 faiz, 2011-ci ildə isə 58.39, 2012-ci ildə isə 58.84 faiz olub. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM