Bu gün Bakıda “Dərslik portalı” layihəsinin təqdimat mərasimi keçirilib. ANS PRESS-in məlumatına görə, bu layihə Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə həyata keçirilib. TQDK-nın sədri Məleykə Abbaszadə və təhsil naziri Mikayıl Cabbarovun da iştirak etdiyi mərasimdə portal barəsində ətraflı məlumat verilib.“Dərslik portalı” ümum təhsili həyata keçirən təhsil müəssələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi işinin növbəti mərhələsi kimi yaradılıb.Qeyd edək ki, tədbirdə müstəqil ekspertlər, dərslik müəllifləri, dərsliklərin çap edildiyi nəşriyyat evlərinin rəhbərləri, AMEA-nın mütəxəssisləri, dövlət qurumlarının əməkdaşları iştirak ediblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !