Martın 10-da keçirilən “Trabzonspor” “Fənərbaxça” matçı trabzonlu azarkeşlərin stadiona atdıqları zərərli maddələr səbəbindən təxirə salınmışdı.
“Qafqazinfo” xəbər verir ki, Türkiyə Futbol Federasiyası bu səbəbdən “Trabzonspor” klubuna 6 oyun azarkeşsiz oynamaq cəzası verib. Klub bundan sonrakı 6 Super Liqa matçını azarkeş dəstəyi olmadan oynamaq məcburiyyətindədir. Qeyd edək ki, “Trabzonspor” “Fənərbaxça” matçı 45+10-cu dəqiqədə yarımçıq saxlanılıb və həmin dəqiqəyə qədər hesab 1-0 “Fənərbaxça”nın üstünlüyü ilə davam edirdi.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !