"Trabzonspor"dan Mahir Emreli barədə AÇIQLAMA

20:19 | 08.08.2019

"Trabzonspor"dan Mahir Emreli barədə AÇIQLAMA

Türkiyənin "Trabzonspor” klubu Azərbaycan millisinin və "Qarabağ”ın futbolçusu Mahir Emrelini transfer edəcəyinə dair yayılan xəbərə münasibət bildirib. 
Klubun Futbolçu İzləmə Komitəsinin sədri İhsan Derelioğlu xəbəri təkzib edib.

"Hazırda gündəmdə belə bir məsələ yoxdur. Çox güman ki, menecerlər "Trabzonspor”un adından istifadə edib”, - deyə klub rəsmisi bildirib.
Qeyd edək ki, Türkiyə mətbuatı Super Liqa təmsilçisinin Mahir Emrelini transfer edəcəyinə dair xəbər yaymışdı. Mahirin özü isə "Qafqazinfo”ya açıqlamasında təkliflər olduğunu təsdiqləmiş, indiki halda fikrini "Qarabağ”ın oyunlarına yönəltdiyini bildirmişdi.(Qafqazinfo.az)



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb