• $ 1.7
  • € 2.0035
  • ₽ 0.021707
  • ₺ 0.0427
  • £ 2.336

“Traktorsazi”nin adı dəyişdirilir

“Traktorsazi”nin adı dəyişdirilir
29.05.2020 05:10
Rəsmi sənədlərdə "Traktorsazi” adlanan Güney Azərbaycanın məşhur futbol komandasının adı dəyişdirilir.

Anews.az "GünAz TV"yə istinadən xəbər verir ki, "sazi” şəkilçisi komandanın adından rəsmi şəkildə ləğv olunacaq. Təbriz "Traktorqayırma” zavodunun adı ilə bağlı olan farsca "Traktorsazi” adı "Traktor” və ya azərbaycanlılar arasında deyildiyi kimi, "Traxtur” sözü ilə dəyişdiriləcək.

Bundan əvvəl "Traxtur” klubunun sahibi cənab Zenuzi "Səhənd” telekanalına verdiyi müsahibədə ""Traktorsazi”nin adı dəyişdiriləcəkmi?” sualının cavabında buna işarə etmişdir. "Bu komanda onun tərəfdarlarına aiddir. Onlar istəsələr komandanın adını da dəyişmək mümkündür. Biz klubun kimlik və keçmişinə ziyan vurmadan bunu edə bilərik.”- deyə o bildirmişdir.

Hələlik komandanın adına "Azərbaycan” sözünün əlavə edilib-edilməyəcəyi məlum deyil. Lakin böyük ehtimalla hökumət buna imkan verməyəcək. Baxmayaraq ki, bu ənənə İranda var, misal üçün Məşhədin futbol komandasının adı Xorasan komandası ilə dəyişdirilib.

"Traktor” sözü farsca olmasa da "sazi” şəkilçisi fars dilinə aiddir. Ona görə də hökumətə bağlı qüvvələr komandanın "Traktorsazi” adlandırılmasına çalışır. Lakin bu komanda Güney Azərbaycanın bütün məntəqələrində istisnasız olaraq "Traxtur” adlanır. Təbriz klubun tərəfdarları komandanın "Traxtur” adlandırılmasını uzun zamandır ki, tələb edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib
İdman 09:24
Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib
"Qarabağ" klubu Şuşada yeni formalarını təqdim edib - Video
İdman 20:43
"Qarabağ" klubu Şuşada yeni formalarını təqdim edib - Video
"Çelsi" dünya çempionatında "Esperans"a qarşı böyükhesablı qələbə qazanıb
İdman 09:36
"Çelsi" dünya çempionatında "Esperans"a qarşı böyükhesablı qələbə qazanıb
Bakıda UFC döyüş gecəsinə start verilib - Video
İdman 22:15
Bakıda UFC döyüş gecəsinə start verilib - Video
UFC Bakıda ilk dəfə keçirilir
İdman 10:18
UFC Bakıda ilk dəfə keçirilir
Bakıda açıq qayıq sürmə çempionatı keçirilib
İdman 16:12
Bakıda açıq qayıq sürmə çempionatı keçirilib
Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb
İdman 19:00
Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb
Ali Koç Bakıya gəlib
İdman 23:27
Ali Koç Bakıya gəlib
Azərbaycanlı hakim ilk dəfə cüdo üzrə dünya çempionatında iştirak edəcək
İdman 13:53
Azərbaycanlı hakim ilk dəfə cüdo üzrə dünya çempionatında iştirak edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol