Tramp ABŞ-da fövqəladə vəziyyət elan edib

09:42 | 14.03.2020
Tramp ABŞ-da fövqəladə vəziyyət elan edib

Tramp ABŞ-da fövqəladə vəziyyət elan edib

ABŞ Prezidenti Donald Tramp koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə ümummilli fövqəladə vəziyyət rejimi tətbiq edib.

APA "TASS”-a istinadən xəbər verir ki, amerikalı lideri müvafiq açıqlamanı Ağ Evdə xüsusi çağırılmış mətbuat konfransında səsləndirib.

Fövqəladə vəziyyət rejimi federal büdcədən ştatların yerli idarəetmə orqanlarına və administrasiyalarına vəsaitin ayırılmasında bürokratik əngəlləri aradan qaldıracaq. Bundan əvvəl ABŞ rəhbərliyi Konqresdən virisun miqyasının qarşısının alınması üçün 8,3 milyard dollar alıb.

ABŞ-da fövqəladə vəziyyət rejimi tətbiq etmək hüququ prezidentə məxsusdur. Bu günədək ABŞ-da 50 dəfədən çox fövqəladə vəziyyət rejimi tətbiq edilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb