ABŞ prezidenti Donald Tramp ölkənin Rusiyadakı səfiri vəzifəsinə namizəd irəli sürüb.
anews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, D.Tramp bu vəzifəyə Yuta ştatının sabiq qubernatoru Con Hantsmanın namizədliyini münasib bilib.
Con Hantsman ABŞ-ın Çində və Sinqapurdakı səfiri vəzifəsində çalışıb, iki dəfə Yuta ştatının qubernatoru postuna seçilib. Bundan başqa, Con Hantsman "Hilton”, "Chevron”, "Ford Motor Company” və "Caterpillar” şirkətlərinin direktorlar şurasının üzvüdür.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !