Tramp ABŞ vətəndaşlarını öldürən miqrantlara ölüm cəzası istəyir

13:21 | 12.10.2024
Tramp ABŞ vətəndaşlarını öldürən miqrantlara ölüm cəzası istəyir

Tramp ABŞ vətəndaşlarını öldürən miqrantlara ölüm cəzası istəyir

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, miqrantlar Amerika vətəndaşlarını öldürdükləri üçün ölüm cəzasına məhkum edilməlidir.Bu barədə o, cümə günü Nevada ştatının Rino şəhərində tərəfdarları qarşısında çıxış edərkən deyib.

"Əcnəbilərdən ibarət qrupların bütün üzvlərini toplayacağıq və onları ya həbs edəcəyik və ya ölkəmizdən qovacağıq ki, bir nəfər də qalmasın. Biz bu əməliyyatı "Avrora” adlandıracağıq... Əgər onlar ABŞ-yə geri qayıtsalar, avtomatik olaraq 10 il həbs cəzası alacaqlar və mən Amerika vətəndaşını və ya hüquq-mühafizə orqanının əməkdaşını öldürən hər hansı bir miqrant üçün ölüm cəzasını dəstəkləyirəm”, - Tramp bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti