Tramp Baydeni üstələyir

15:01 | 17.07.2024
Tramp Baydeni üstələyir

Tramp Baydeni üstələyir

Amerika administrasiyasının rəhbəri postu uğrunda mübarizədə ABŞ-ın keçmiş prezidenti Donald Trampa dəstək səviyyəsi 14 əsas ştatda hazırkı lider Co Baydenə verilən dəstəkdən yüksək olub. Bu barədə CNN məlumat yayıb.

Onun sözlərinə görə, iyunun 27-də Baydenin Trampa qarşı uğursuz debatından sonra 15 min ABŞ vətəndaşı arasında aparılan sorğular göstərib ki, hazırkı prezident hətta 2020-ci ildə keçirilən son seçkilərdə onu məğlub etdiyi ştatlarda da rəqibindən daha zəif mövqeyə malikdir. 
 
Sorğunun nəticələrinə görə, əsas ştatlar olan Arizona, Corciya, Miçiqan, Pensilvaniya və Viskonsində Bayden tırıfində deyil. Onun mövqeyi həmçinin Kolorado, Minnesota, Men, Nyu Meksiko, Virciniya və Nyu-Hempşirdə də zəifləyib. 

Sorğu nəticələri həmçinin onu göstərdi ki, seçkilərdə Baydenin yerinə gələcək Demokrat partiyasının  dörd potensial  namizədi onu qabaqlayır. Siyahıya senator Mark Kelli (R-Ariz.) və Merilend, Pensilvaniya və Miçiqan qubernatorları Ues Mur, Coş Şapiro və Qretçen Uitmar daxildir.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM