Tramp gizlicə Əfqanıstana necə aparılıb? - Detallar

09:30 | 30.11.2019
Tramp gizlicə Əfqanıstana necə aparılıb? - Detallar

Tramp gizlicə Əfqanıstana necə aparılıb? - Detallar

ABŞ prezidenti Donald Trampın gözlənilmədən Əfqanıstana getməsinin detalalrı bəlli olub.

"Qafqazinfo” "Politico” nəşrinə istinadən xəbər verir ki, prezidentin qabaqcadan elan edilməmiş səfəri gizlicə gerçəkləşdirilib. Belə ki, Tramp əvvəlcə istirahət etmək üçün getdiyi Floridadan Vaşinqtona yola düşüb. Ancaq gizlilik səbəbindən prezidentin təyyarəsi Floridada qalıb. O, hərbi təyyarə ilə paytaxta gedib.
 
"Nömrə 1 göyərtə” adlı digər layner ilə isə Əfqanıstana yola düşüb. Təyyarədəki jurnalistlər belə uçuşun hara olduğunu bilməyiblər. 13 saatlıq uçuşdan sonra Trampın təyyarəsi Əfqanıstandakı hərbi bazanın ərazisinə enib. Prezident laynerdən çıxanadək pərdələr bağlanıb, işıqlar söndürülüb.

Bundan başqa, Əfqanıstanda təhlükəsizlik məqsədilə Trampın və "Nömrə bir göyərtə”də uçanlarn hamısının telefonları alınıb, onlardakı siqnalizasiyalar deaktiv edilib. Sosial şəbəkələrə giriş də qadağan edilsə də, ara-sıra prezidentdə Tvitterdə paylaşımlar etməyə icazə verilib.





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM