Tramp Harrisə qarşı kampaniyaya başlayıb

15:00 | 23.07.2024
Tramp Harrisə qarşı kampaniyaya başlayıb

Tramp Harrisə qarşı kampaniyaya başlayıb

ABŞ keçmiş prezidenti Donald Tramp və tərəfdarları ABŞ-ın hazırkı prezidenti Co Baydenin iyulun 21-də prezidentlik yarışından imtina etməsindən sonra televiziya və internet vasitəsilə  ABŞ-ın vitse-prezidenti Kamala Harrisi gözdən salmaq üçün məqsədyönlü qara PR kampaniyasına başlayıblar. O, Baydenin səhhəti barədə məlumatı gizlətməkdə və Meksika ilə sərhəddə miqrant böhranını pisləşdirməkdə ittiham olunur. Bu barədə ABC News məlumat yayıb.

Onun sözlərinə görə, Trampa məxsus olan təşkilat Make America Great Again Inc. Corciya, Pensilvaniya və Arizonada Harrisi tənqid edən reklam çarxları çəkib. O, Baydenin ətrafında olanların səhhətinin vəziyyəti ilə bağlı həqiqəti gizlədənlərlə əlbir olmaqda günahlandırılıb, Bu onun prezident seçilməsinə əngəl ola bilər. 
 
Bundan əlavə, Bayden yarışı tərk etdikdən dərhal sonra Tramp tərəfdarları Harrisi tənqid edən video yayımlayıb və bildiriblər ki, onun hərəkətlərinə görə Meksika ilə sərhəddə miqrasiya böhranı xeyli pisləşib.

Tramp düşərgəsindən adının çəkilməsini istəməyən mənbənin telekanala verdiyi məlumata görə, Respublikaçıların seçki kampaniyasının rəhbərliyi yuxarıdakı videoların yayılması üçün daha çox vəsait ayıracaq. "Demokratik Partiyada böyük xaos olacaq və bizim işimiz bundan istifadə etməkdir" dedi.
 
Onun sözlərinə görə, strategiya Harrisin prokuror və vitse-prezident kimi fəaliyyətini vurğulayaraq Baydenin əsl vəziyyətini ört-basdır etməkdə əlbir kimi göstərməkdən ibarətdir. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM