Tramp Meksika divarının şəklini paylaşdı - FOTO

12:27 | 12.01.2019
Tramp Meksika divarının şəklini paylaşdı - FOTO

Tramp Meksika divarının şəklini paylaşdı - FOTO



ABŞ prezidenti Donald Tramp öz "Twitter” səhifəsində Meksika ilə sərhəddə inşa olunan divarın şəklini paylaşıb.  Ağ Ev rəhbəri seçkilərdən öncə verdiyi sözləri, əməldə də yerinə yetirdiyini vurğulayıb.

"Yalançı KİV-lər hər zaman yazır ki, guya biz heç bir YENİ DİVAR inşa etməmişik. Aşağıdakı fotoşəkildə yalnız divarın tikintisinin baş çatmış hissəsi göstərilib. Çox hündür, etibarlı və gözəldir”, - deyə Tramp bildirib.

Bundan əvvəl, ABŞ mətbuatında divarın konstruksiya nümunələrinin aşağı keyfiyyətli olduğu haqqında məlumat yayılmışdı. İddiaya görə konstruksiya kifayət qədər etibarlı deyil və onun detallarını mişarla belə kəsmək olar.
 






www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb