Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində ABŞ prezidenti Donald Trampla Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş gözlənilmir.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan deyib.
"Paşinyan-Tramp görüşünün təşkili üçün müəyyən vaxt lazımdır. Biz ABŞ rəhbərliyi ilə bunun üzərində işlər aparırıq”, - Mnatsakanyan deyib.
Bundan öncə Ermənistan mətbuatının yaydığı məlumata görə, Paşinyan Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək məqsədilə sentyabrın 23-də ABŞ-a səfər edəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !