Trampın sözlərinə görə, o, Ukraynadakı münaqişəyə "mümkün qədər tez” son qoymaq üçün danışıqlar təşkil olunan kimi Rusiya prezidenti ilə görüşməyi planlaşdırır . Artıq bu istiqamətdə addımlar atılır.
"Biz bunu mümkün qədər tez etməyə çalışacağıq. Bilirsiniz, Ukrayna və Rusiya ilə müharibə heç vaxt baş verməməli idi”, - Tramp bildirib.
ABŞ prezidentliyinə namizəd kimi siyasətçi vəzifəsinin icrasına başladıqdan sonra 24 saat ərzində Ukrayna münaqişəsinə son qoyacağına söz verib və indi bu məqsədə çatmaq üçün daha yarım gün vaxtının olduğunu bildirib.
Bir gün əvvəl CNN Trampın Putinlə telefon danışığı əmri verdiyini yazmışdı. Söhbətin mövzusu Ukraynadakı nizamlanma olacaq. Tramp dəfələrlə bunu həm seçkidən əvvəl, həm də seçkidən sonra edəcəyinə söz verib. Kremlə yaxın mənbələr söhbətə hazırlığı təsdiqləyirlər, lakin qeyd edirlər ki, hələ şəxsi görüşdən danışmağa ehtiyac yoxdur - xüsusən də Trampın ilk rəsmi səfərinin yerinin çox güman ki, Çin olacağı gözlənilir.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !