Çin Prezidenti Si Cinpin və ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığı olub.Bu barədə "Sinhua” agentliyi məlumat yayıb.
Tramp özünün "Truth Social” sosial şəbəkəsində telefon danışığının çox yaxşı keçdiyini və Vaşinqton ilə Pekinin yaxın gələcəkdə bir çox problemləri birgə həll edəcəklərinə ümid etdiyini bildirib.
Tramp ticarət balansı, "TikTok” və bir çox başqa mövzuları müzakirə etdiklərini söyləyib və bildirib ki, o, Si Cinpinlə birlikdə dünyanı daha təhlükəsiz yerə çevirmək üçün mümkün olan hər şeyi edəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !